14 Noyabr 2017, 18:56
744
Qarabağ azarkeşləri Çelsini belə təəccübləndirəcək

Çempionlar Liqasında ölkəmizi təmsil edən "Qarabağ” "Çelsi” ilə ev oyununa xüsusi olaraq hazırlaşır.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada nəhəng xoreoqrafiyanın açılması planlaşdırılır.

Sportlife.az xəbər verir ki,  xoreoqrafiyada 20 min azarkeşinin iştirak edəcəyi gözlənilir. Klub rəsmisi xoreoqrafiyanın nədən ibarət olduğunu sirr olaraq saxlayıb.

O yalnız qeyd edib ki, şou E tribunasında nümayiş etdiriləcək. Noyabrın 22-də Bakı Olimpiya Stadionunda baş tutacaq matç saat 21:00-da start götürəcək.

BÜTÜN XƏBƏRLƏR
ARXİV