Qarabağın əsas futbolçusu əsgərliyə yollandı

Qarabağın əsas futbolçusu əsgərliyə yollandı

  • 19 Noyabr 2017, 21:10

Çempionlar Liqasında "Çelsi" ilə çətin oyuna hazırlaşan "Qarabağ"ın düşərgəsindən redaksiyamıza maraqlı informasiyalar daxil olmaqdadı. 

Sportlife.az-a daxil olan olan özəl məlumata görə, Qurban Qurbanov daha bir futbolçusunu itirmək üzrədi. Belə ki, Ağdam klubunun gənc hücumçusu Elşən Abdullayev hərbi xidmətə yollanıb. Perspektivli futbolçu Bakıdakı hərbi hissələrdən birinə gedib-gəlir. 

Məlumata görə, klub rəsmiləri Elşənin işini elə Bakıda həll etmək istəyir. Buna səbəb kimi futbolçunun komandanın düşərgəsində olmasını, məşqlərdə iştirak etməsini göstərə bilərik. Güman ki, Abdullayev hərbi xidmət müddətini "Qarabağ"da oynaya-oynaya başa vuracaq.


Paylaş: