14 Noyabr 2017, 15:35
228
Qarabağın qapıları yeni sponsorlara açıqdı

"Qarabağ"ın direktoru Əmrah Çəlikəl  Türkiyənin “Damat” şirkətinin prezidentinin klubumuza sponsorluq etmələri barədə yayılan xəbərlərə münasibət bildirib:

“Bizim “Azərsun”, “Azərçay” və “Bizim Tarla”dan başqa sponsorumuz yoxdur. Doğrudur, ötən illərdə “Damat” şirkəti ilə görüşlərimiz olub, amma aramızda hansısa sponsorluq anlaşması imzalanmayıb. Ola bilsin şirkətin prezidenti olanları səhv xatırlayıb. “Qarabağ”ın qapıları, əlbəttə, yeni sponsorlara açıqdır. Amma hal-hazırda, artıq qeyd etdiyim kimi, “Azərsun”, “Azərçay” və “Bizim Tarla”dan başqa sponsorumuz yoxdur”.

BÜTÜN XƏBƏRLƏR
ARXİV