Qəbələdə ilk ayrılıq

Qəbələdə ilk ayrılıq

  • 12 Dekabr 2017, 09:30

Yay transfer pəncərəsi zamanı  "Qazişehir Qaziantep" komandasından "Qəbələ"yə transfer olunan nigeriyalı hücumçu Ekiqo Ehiosun qışda komandanı tərk edəcək. Sportlife.az xəbər verir ki, afrikalı forvardla müqavilə uzadılmayacaq.

Onun komandadan göndərilməsinə səbəb isə Ehiousunun oyununun ukraynalı baş məşqçi Roman Qriqorçuku qane etməməsidir. Forvardla ilə yayda imzalanan müqavilədə buna dair bənd də yer alıb.

Belə ki, sözləşməyə “əgər özünü yaxşı tərəfdən göstərə bilib əsas heyətə düşməsə müqavilə uzadılmayacaq” deyə bənd əlavə edilib. 

Qeyd edək ki, Ekiqo Ehiosun "Qəbələ"də 6 oyuna çıxsa da qol vurmağı bacarmayıb.


Paylaş: