Qriqorcukdan sert reaksiya: O, mene lazimdi !

Qriqorçukdan sərt reaksiya: O, mənə lazımdı !

  • 17 Sentyabr 2017, 16:15

"Neftçi"nin baş məşqçisi Tərlan Əhmədovun "Qəbələ"nin ehtiyatda oturtduğu Aqil Məmmədovu komandasında görmək istəməsi Roman Qriqorçuku özündən çıxarıb.

Sportlife.az-ın əldə etdiyi məlumata görə, ukraynalı çalışdırıcı klub rəhbərliyinə Aqil Məmmədovun ona lazım olduğunu və bu keçidə razılıq vermədiyini bildirib. İndiyədək heç bir rəsmi oyunda Məmmədova şans verməməsini çempionatın yeni başlaması ilə əlaqələndirən baş məşqçi növbəti turlarda yerli qolkiperə ehtiyac duyulacağını deyib.

Qeyd edək ki, "Neftçi"nin Aqil Məmmədov transferi "Transfer pəncərəsi" müddətinin başa çatması səbəbilə qış fasiləsinədək ertələnib.

Sportlife.az


Paylaş: