6 Noyabr 2017, 20:00
6275
Qurban Qurbanovdan XEYİRXAH ADDIM: Keçmiş komanda yoldaşını əməliyyat etdirdi

"Qarabağ"ın və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov xeyirxah addım atıb.

Sportlife.az-ın əldə etdiyi özəl məlumata görə, Qurbanov ürək xəstəliyindən əziyyət çəkən keçmiş komanda yoldaşı, Tovuzun "Turan" klubunda birgə oynadığı Vəli Hüseynovu əməliyyat etdirib.

Əməliyyat üçün lazım olan 10 000 manatı ödəməyi öz öhdəsinə götürən Qurban Qurbanov, keçmiş komanda yoldaşının əlavə xərclərinə də köməklik edib. 

Qeyd edək ki, Vəli Hüseynov "İnter" klubunun U-14 komandasında baş məşqçi kimi çalışırdı.

BÜTÜN XƏBƏRLƏR
ARXİV