Qurban, tək kontrabasda?

Qurban, tək kontrabasda?

  • 19 Noyabr 2017, 14:18

Rövnəq Abdullayev, Elxan Məmmədov, Elmar Məmmədyarov, Rauf Əliyev, Elşad Nəsirov, İsgəndər Cavadov, Kazbek Tuayev, Vaqif Sadıqov, İqor Ponomoryov, Xaqani Məmmədov və "yetirmələri", Bernhard Lippert, Aslan Kərimov və adlarını unutduğum, varlığı hiss olunmayan digər müqəvvalar AFFA-dan rəsmən uzaqlaşmayınca, Azərbaycanda futbol inkişaf etməyəcək!

Təbriz, Vahabzadə birmənalı şəkildə federasiyaya yaxın buraxılmamalı, Xaqani kimi rüşvətxora isə, ümumiyyətlə, Nobel prospektindən keçməyi qadağan etmək lazımdı.

Qurban Qurbanov təkdi, əlində möcüzə çubuğu yoxdu. Xeyli vaxt lazım olacaq. Futbolu əvvəlcə belə bacarıqsız və futboldan bixəbər, çirkli adamlardan təmizləmək lazımdır. İş sıfırdan qurulmalıdı. Gərək, Qurbanova birbaşa prezident İlham Əliyev tapşırıq versin və arxasında dayansın. Yoxsa...

...yoxsa Qurbanı da "sayələrində" 4-5 ilə itirib oturacağıq.

P.S. Məşhur "Bəxtiyar" filminə baxmamış deyilsiz, hər halda: "Mən, tək kontrabasda?"...

Elvin Əhəd


Paylaş: