13 Sentyabr 2017, 17:00
180
Sadiqov: Evvel bilmirdim nece olub, amma indi...

"Üçüncü dəfədir bu komandaya qayıdıram. 7 il oynamışam, az müddət deyil. Bu klub üçün canımı qoymuşam. İlk dəfə bu komanda ilə Avropa Liqasının qrupuna vəsiqə qazanmışıq, o sevinci yaşamışam. Komanda yoldaşlarımla əlimizdən gələni edəcəyik ki, yenə qrup mərhələsində oynayaq, o həyəcanı yaşayaq".

Sportlife.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Rəşad Sadiqov "Neftçi” TV-yə açıqlamasında bildirib. Təcrübəli yarımmüdafiəçi komandada abu-havanın yüksək səviyyədə oldğunu deyib:

"Neftçi” Azərbaycanın flaqmanıdır. Həm yerli, həm də legioner – hər bir futbolçumuzun borcudur ki, komandanı yüksəklərə qaldırsın. Əvvəl bilmirdim necə olub, amma indi münasibətləri görürəm, burada atmosfer tam başqadır, yerli, legioner bir-biri ilə qardaşdır. Məncə, Tərlan müəllim bura kollektiv abu-hava gətirib. Çalışacağıq, yaxşı nəticələr verək”.