Səbaildə təmizləmə işləri başladı: Samir Əliyev 10 futbolçunu göndərir

Səbaildə TƏMİZLƏMƏ İŞLƏRİ BAŞLADI: Samir Əliyev 10 futbolçunu GÖNDƏRİR

  • 16 Dekabr 2017, 19:11

"Səbail"in baş məşqçisi Samir Əliyev heyətdə təmizləmə işlərinə başlayıb.

Sportlife.az-a daxil olan özəl məlumata görə, paytaxt klubu əsas heyətdə möhkəmlənə bilməyən 10 futbolçu ilə yollarını ayıracaq. Artıq Samir Əliyev komandadan göndəriləcək futbolçuların siyahısını klub rəhbərliyinə təqdim edib. Siyahıda 3 legioner, 7 yerli futbolçunun adı var. 

Bunlar - Jarskis Egdaras, Adrian Popoviçi, Renan Telles, Amit Quluzadə, Seymur Əsədov, Təyyar Məmmədov, Aslan Hüseynov, Raul Yaqubzadə, Sahil Mirzəyev və Tanrıverdi Məhərrəmlidi.


Paylaş: