Sportlife.az-in xeberi resmen tesdiqlendi: Aqil Memmedov 1 illik muqavile imzaladi.  gabala futbol idman tony adams sport transfer azerbaycan baku milli komanda nakhcivan naxcivan

Sportlife.az-ın xəbəri rəsmən təsdiqləndi: Aqil Məmmədov 1 illik müqavilə imzaladı

  • 5 İyun 2017, 18:51

2017-18 mövsümünün hazırlıqlarına start verən “Qəbələ” iki futbolçunun transferini rəsmən açıqlayıb. Sportlife.az xəbər verir ki, söhbət qapıçı Aqil Məmmədov və yarımmüdafiəçi Elvin Məmmədovdan gedir. Bunadək İlqar Qurbanovla müqavilə bağlayan “qırmızı-qaralar” həm Aqil, həm də Elvinlə 1 illik anlaşma imzalayıb.
 
1989-cu il mayın 1-də Naxçıvanda anadan olan Aqil Məmmədov karyerasına “Bakı”da başlayıb. Paytaxtın eyniadlı komandası (2007-2014) və “Neftçi”də (2015-2016) çıxış edən qapıçı 2016/17 mövsümünü AZAL-da keçirib. Azərbaycanın U-21 yığmasında oynamış qolkiper 2015-ci ildə əsas milli komandada debüt edib. O, millidə 1 oyuna çıxıb.
 
1988-ci il iyunun 18-də Tovuzda anadan olan Elvin Məmmədov peşəkar karyerasına 2005-ci ildə “Turan”da başlayıb. 2007-ci ilədək bu komandada çıxış edən yarımmüdafiəçi sonradan “İnter” (2008-2009, 2014-2015), “Qarabağ” (2009-2011, 2015), “Bakı” (2011-2014) və “Zirə”nin (2016) şərəfini qoruyub. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynamış Məmmədov 2008-ci ildə əsas milli komandada debüt edib. Elvin millinin heyətində 37 oyun keçirib, 7 qol vurub.

Xatırladaq ki, Aqil Məmmədovun "Qəbələ"yə keçidi barədə ilk məlumatı Sportlife.az yayıbhttp://sportlife.az/azrbaycan-premyr-liqsi/aqil-memmedov-qebelede


Paylaş: