Sumqayıt 200-cü qoluna sevindi

Sumqayıt 200-cü qoluna sevindi

  • 5 Dekabr 2017, 15:25

Azərbaycan Premyer Liqasının XIV turunda “Kəpəz”ə qonaq olduqları matçda vurulan son qol “Sumqayıt” üçün böyük önəm daşıyır. Sportlife.az xəbər verir ki, 3:0 hesablı qələbə qazanan "şəhərlilər"  bununla da Premyer Liqada vurduğu qolların sayını 200-ə çatdırıb.

Yubiley qolunun müəllifi Cavid İmamverdiyev olub. Onun 68-ci dəqiqədə vurduğu top klub tarixində 200-cü Premyer Liqa qoludu.

Yubiley qolunu 210-cu matçında qeyd edən “Sumqayıt” 7-ci mövsümündə bu rəqəmə çatıb: 2011/12 – 27, 2012/13 – 31, 2013/14 – 27, 2014/15 – 29, 2015/16 – 41, 2016/17 – 28, 2017/18 – 17. Klubun yüksək dəstədəki orta məhsuldarlığı 0,95-ə bərabərdi.

“Sumqayıt” Premyer Liqa tarixində 200 və daha çox qol vuran 20-ci komandadı. “Gənclik şəhəri” təmsilçisi bu toplardan 109-nu evdə, 91-ni səfərdə rəqib qapısından keçirib.

1-ci qol

2011/12 mövsümü. 06.08.2011. “Xəzər Lənkəran” – “Sumqayıt Şəhər” – 2:1

Eşqin Quliyev, 85

100-cü qol

2014/15 mövsümü. 14.12.2014. “Neftçi” – “Sumqayıt” – 3:2

Orxan Əliyev, 63

200-cü qol

2017/18 mövsümü. 02.12.2017. “Kəpəz” – “Sumqayıt” – 0:3

Cavid İmamverdiyev, 68


Paylaş: