Terlan Ehmedov islahatlara basladi

Tərlan Əhmədov islahata başladı

  • 14 Sentyabr 2017, 14:00

"Neftçi"nin yeni baş məşqçisi Tərlan Əhmədov komandada öz heyətini formalaşdırır. O, öncə məşqçilər korpusuna əl gəzdirir.

 Fanat.az  xəbər verir ki, mütəxəssis ilk öncə Andrey Kolesnikovu komandadan uzaqlaşdırıb. Fiziki hazırlıq üzrə köməkçi yaxın günlərdə Ukraynaya qayıtmalıdı. Onu kimin əvəzləyəcəyi yaxın günlərdə dəqiqləşəcək.

 

Kolesnikov Əhmədova çoxdan tanışdı. Onlar xeyli müddət AZAL-da çiyin-çiyinə çalışıblar. Əcnəbi məşqçi ötən mövsümün oktyabrında Şüvəlan klubunu "Neftçi"yə dəyişmişdi.

 

Həmin vaxt bu keçid ciddi qalmaqala səbəb olmuşdu. Əhmədova vətəninə qayıtmaq istədiyini deyən Kolesnikov Elxan Abdullayevin yanına yollanmışdı.

 

Əhmədovun “Zirə”ylə oyunda heyətdə də ciddi dəyişiklik edəcəyi gözlənilir. Bir çox legionerləri, xüsusilə də mərkəz müdafiəçilərini bəyənməyən Tərlan bəyin Pavel Dreksanı ehtiyatda oturdacağı ehtimal edilir. Onun komandaya gətirdiyi Rəşad Sadiqov start “11-liy”inə qoyması mümkündü. Əslində, bu yarımmüdafiəçinin gələn kimi sevimli “6 nömrə”sini Dreksadan alması da çox şeydən xəbər verir. Bu gedişlə kapitan sarğısı da Ruslan Abışovun əlindən alınacaq.

 

Mənbə: Futbolinfo


Paylaş: