Vitse-prezident Qriqorçukun üstünə qışqırdı - ÖZƏL!

Vitse-prezident Qriqorçukun üstünə qışqırdı - ÖZƏL!

  • 18 Noyabr 2017, 13:50

Cari mövsüm daha çox qeyri-stabilliyi ilə yadda qalan "Qəbələ"də işlər qaydasında getmir. Çempionluğa oynayan, amma ümidləri doğrultmayan Roman Qriqorçukun komandasında gərginlik pik həddə çatıb. İş rəhbərliklə məşqçilər korpusu arasında "söz davası"na qədər gedib çıxıb. 

Sportlife.az-a daxil olan özəl məlumata görə, hadisə şimallıların "Səbail"lə keçirdikləri yoxlama görüşündən (1:1) sonra yaşanıb. Vitse-prezident Fariz Nəcəfov paltardəyişmə otağına daxil olaraq "Bu nə futboldu, oynadırsız? Biabrçılıqdı. Bu cür oyunla çempion olmaq istəyirsiz?" deyərək, ukraynalı məşqçinin üstünə qışqırıb. Hadisə bütün futbolçuların gözləri qarşısında baş verib. 


Paylaş: