4 Noyabr 2017, 18:00
3965
Zaur Tağızadə Azərbaycan millisində
Azərbaycan futbolunda xüsusi dəsti xətti olan Zaur Tağızadə milli komandaya qayıdır. Futbolumuzun “qızıl oğlan”ı millinin məşqçilər korpusunda yer alacaq.
 
Berti Foqtsun gəlişindən sonra beynəlxalq karyerasını, daha sonra futbolçu karyerasını başa vuran Tağızadə hazırda “Qarabağ”ın məşqçilər korpusunda yer alıb.
 
Bildiyiniz kimi, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov dekabr ayından etibarən rəsmi olaraq Azərbaycan millisində fəaliyyətə başlayacaq. Bu zaman Tağızadə də əsas komandamıza gələcək.
 
Qeyd edək ki, Zaur Tağızadə 1997-2007-ci illərdə millimizin şərəfini qoruyub.(futbol11.az)
BÜTÜN XƏBƏRLƏR
ARXİV