Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
12 Dekabr 2017, 12:59
124
Azərbaycan çempionatında birinci dövrəyə yekun vuruldu

Basketbol üzrə ölkə çempionatının birinci dövrəsinə yekun vurulub. Sportlife.az xəbər verir ki, beşinci turun həlledici görüşü NTD ilə AZTOP komandaları arasında baş tutub.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın dördüncü hissəsində NTD rəqibinin müqavimətini qıra bilib.

Turun digər görüşlərində ADNSU “Alov”a, U-16 isə “80-lər”ə qalib gəlib.

NTD - AZTOP - 94:89 (15-25, 26-17, 32-24, 21-23)
ADNSU – “Alov” - 78:50 (18-16, 14-18, 27-8, 19-8)
U-16 – “80-lər” - 76:73 (19-25, 10-20, 24-13, 23-15)

Turnir cədvəlində vəziyyət belədi: AZTOP – 9, NTD – 9, ADNSU – 8, "80-lər" – 8, U-16 – 6, “Alov” – 5.