Mer Azerbaycan millisinin uzvune ev verdi

Mer Azərbaycan millisinin üzvünə ev verdi

  • 15 Sentyabr 2017, 10:00

Dağıstan paytaxtının meri Musa Musayev boks üzrə üçqat dünya çempionu Məhəmmədrəsul Məcidova bağışladığı mənzilin açarlarını ona təqdim edib.

Sportlife.az xəbər verir ki, bu barədə "Mahaçqala xəbərləri" məlumat yayıb. Beynəlxalq yarışlarda Azərbaycanı təmsil edən superağır çəkili idmançı Dağıstanın paytaxtı Mahaçaqladakı mənzilə 25 avqust-2 sentyabrda Almaniyanın Hamburq şəhərində keçirilən dünya birinciliyində qazandığı üçüncü qələbəyə görə layiq görülüb.

Musa Musayev idmançımıza verilən mənzillə bağlı bunları deyib: "Dağıstanda idman elə yüksək səviyyədə inkişaf edib ki, bizim bir çox idmançılarımız dünya səviyyəli yarışlarda və olimpiya oyunlarında başqa ölkələrin heyətlərində çıxış edirlər.

Amma bütün hallarda, hansı ölkələr üçün çıxış etmələrinə və hansı ölkələrin bayraqlarını ucaltmalarına baxmayaraq, onlar hər şeydən əvvəl, rusiyalı və dağıstanlı olaraq qalırlar. Sevindirici haldı ki, belə ləyaqətli oğullar, harda olmalarından asılı olmayaraq, Dağıstana şöhrət qazandırırlar” .


Paylaş: