Millimiz Belarusa yollandı

Millimiz Belarusa yollandı

  • 19 Fevral 2018, 14:58

Fevralın 20-dən 25-dək gənc boksçulardan ibarət Azərbaycan yığmasının növbəti təlim-məşq toplanışı olacaq. Sportlife.az xəbər verir ki, milli komandamız Balakəndə başladığı hazırlıq prosesini Belarusun Qomel şəhərində davam etdirəcək.

Yığmamızın baş məşqçisi Vaqif Şirinov toplanışda 15 idmançını sınaqdan keçirəcək.

Azərbaycan millisinin heyəti:

49 kq: Maqsud Xasmətov, Vüqar Hüseynov
52 kq: Əflatun Babayev, Mirmehdi Mehdizadə
56 kq: Həsən İbrahimov, Əlizamin Səlimov
60 kq: Nurlan Səfərov, Nəbi İsgəndərov
64 kq: Səbuhi Abışov
69 kq: Nicat Həsənov, Məhəmməd Yusifov, Cahid Qurbanov
75 kq: Rəsul Rzayev
81 kq: Zaur Musayev
91 kq: İsmayıl Yaqubov

Bu gün səhər saatlarında səfərə yollanan millimiz Qomeldə əsasən ümumi və fiziki hazırlıq üzərində çalışacaq.


Paylaş: