Millimizin dunya cempionatindaki reqibleri melum oldu, seherinde kecirilecek boks uzre dunya cempionatinin pusku atilib. Sportlife.az xeber verir ki, 75 olkeden 243

Millimizin dünya çempionatındakı rəqibləri məlum oldu

  • 25 Avqust 2017, 13:00

Almaniyanın Hamburq şəhərində keçiriləcək boks üzrə dünya çempionatının püşkü atılıb. Sportlife.az xəbər verir ki, 75 ölkədən 243 idmançının qatılacağı mundialda Azərbaycan yığması üzvlərinin də ilk rəqibləri məlum olub.


Millinin heyətində 1 boksçu 1/16 finaldan, digərləri 1/8 finaldan yarışa qoşulacaqlar. ilkin döyüşlər avqustun 25 - 28-də olacaq. Hamburq İdman Sarayında təşkil olunacaq çempionatda avqustun 29-da 1/4 final mərhələsinin görüşləri keçiriləcək.

 

Ardınca 1 gün istirahət edəcək boksçular yarımfinal qarşılaşmalarına çıxacaqlar. Bu görüşlər 31 avqust - 1 sentyabra təsadüf edəcək. Yarışın son günündə – sentyabrın 2-də isə qaliblərin adları bilinəcək.

 

26 avqust

1/16 final. Məhəmmədrəsul Məcidov (+91 kq) – Kumar Satiş (Hindistan)
 

27 avqust
1/8 final.
 Lorentso Sotomayor (64 kq) – Eslam Muhamed (Misir) / Nurlan Kobaşev (Qırğızıstan)
1/8 final. Kamran Şahsuvarlı (75 kq) – Maks Van der Pas (Hollandiya) / Lester Martines (Qvatemala)
 

28 avqust
1/8 final.
 Pərviz Bağırov (69 kq) – Damian Kivior (Polşa) / Tuvşinbat Byamba (Monqolustan)


Paylaş: