Ölkə çempionatında 1/8 finala yekun vuruldu

Ölkə çempionatında 1/8 finala yekun vuruldu

  • 29 Yanvar 2018, 08:59

Kişi boksçular arasında Azərbaycan çempionatında 3-cü günün döyüşləri başa çatıb. Sportlife.az xəbər verir ki, 39 komandanın qatıldığı yarışda bu gün 32 qarşılaşma keçirilib. Bununla da 1/8 final mərhələsi yekunlaşıb.

Belə ki, 49 kq və 91 kq çəki dərəcələrində yarımfinalçılarının adlarına aydınlıq gəldiyi halda, 52 kq, 64 kq, 69 kq və 75 kq çəki dərəcələrində 1/4 finala yüksələn boksçular müəyyənləşib.

Çempionatın 4-cü günündə isə 8 çəki dərəcəsi üzrə 32 görüş olacaq. Boks Mərkəzində keçirilən döyüşlər saat 14:00-da başlanacaq.

Azərbaycan çempionatı
3-cü günün nəticələri

49 kq
Yadigar Əliyev (“Gilan” İK) – Orxan Süleymanov (“Qızıl Əlcək” İK) – 0:5
Elnur Muradov (“Gömrükçü” İK) – Araz İmaməliyev (“Gilan” İK) – 0:5

52 kq
Qoşqar Səfərli (DİN) – Abdurəhman Şirinov (“Rabitə” İK) – 4:1
Nadir Əhmədov (Tovuz) – Məsud Maqsudov (MOİK) – ikinci tam üstünlüklə qalib gəlib
Elçin Bayramov (“Qızıl Əlcək” İK) – Nurlan Kərimli (“Sədərək” İK) – 4:1
Kamran Malikov (“Neftçi” İK) – Ramazan Abdullayev (Balakən) – 2:3

64 kq
İman Əhmədli (“Orion” İK) – Zabex Şomiyev (Masallı) – ikinci diskvalifikasiya olunub
Mirasif Hadızadə (Astara) – Elnur Əliyev (DİN) – birinci döyüşün davam etdirilməsindən imtina edib
Xanbala Qurbanov (“Gilan” İK) – Fərid Ağamoğlanov (“Qəbələ” İK) – birinci döyüşün davam etdirilməsindən imtina edib
Ramiq Allahverdiyev (“Qızıl Əlcək” İK) – Malik Həsənov (“Gilan” İK) – ikinci tam üstünlüklə qalib gəlib
Bəxtiyar Qazıbəyov (“Rabitə” İK) – Rəsul Əsgərov (“Zenit” İC) – 5:0
Sərxan Əhmədov (“Sədərək” İK) – Elməddin İsmayılov (“Rabitə” İK) – 0:5
Elvin Abbasov (Mingəçevir) – Emil Əliyev (“Qəbələ” İK) – ikinci tam üstünlüklə qalib gəlib
Tural Abbasov (“Gömrükçü” İK) – Elvin İsayev (“Gilan” İK) – ikinci tam üstünlüklə qalib gəlib

69 kq
Fərid Qəribov (“Qızıl Əlcək” İK) – Xəyyam Məmmədov – birinci tam üstünlüklə qalib gəlib
Nicat Məmmədov (“Qızıl Əlcək” İK) – Kamran Babayev (“Sədərək” İK) – 5:0
Roman Zakirov (“Qəbələ” İK) – Orxan Xasməmmədov (DİN) – 5:0
Kamran Qəhrəmanlı (DİN) – Şirxan Məmmədov (“Neftçi” İK) – 5:0
Xəzər Əliyev (“Kür” İK) – Ariz Abbasov (Mingəçevir) – birinci tam üstünlüklə qalib gəlib
Səməd Həsənzadə (Sabirabad) – Əlyar İbrahimov (Gəncə) – birinci tam üstünlüklə qalib gəlib
Zahir Məlikov (“Neftçi” İK) – Tural Hüseynov (“Sərhədçi” İK) – birinci tam üstünlüklə qalib gəlib
Tural Musayev (Tovuz) – Elnur Süleymanov (“Gilan” İK) – həkim döyüşün davam etdirilməsinə icazə verməyib, ikinci qalib gəlib

75 kq
İsmayıl Hüseynov (“Rabitə” İK) – Mehman Ağakişiyev (Sumqayıt) – birinci tam üstünlüklə qalib gəlib
Elmar Babayev (MOİK) – Zaur Bağırov (Salyan) – 0:5
Talıb Talıblı (“Qəbələ” İK) – Bəşir Kazımov (Astara) – 4:1
Fərid Qasımzadə (“Rabitə” İK) – Ülvi Eyyubov (“Gömrükçü” İK) – 5:0
Tural Useynov (“Səbail” İK) – Rasim Çobanlı (“Gömrükçü” İK) – 0:5
İnqilab Məmmədli (“Rabitə” İK) – Hidayət Musayev (“Kür” İK) – 0:5
Şahin Musayev (“Neftçi” İK) – Məhəmməd Ömərov (Balakən) – ikinci tam üstünlüklə qalib gəlib
Elvin Axundzadə (DİN) – Elvin Qəmbərov (MOİK) – 1:4

91 kq
Rahil Məmmədli (“Qəbələ” İK) – Hüseyn Qasımov (“Rabitə” İK) – 5:0
Gülhüseyn Ağazadə (DİN) – Zəfər Ağamalıyev (Naxçıvan) – birinci tam üstünlüklə qalib gəlib


Paylaş: