Yığma üzvləri asan qələbə qazandılar

Yığma üzvləri asan qələbə qazandılar

  • 28 Yanvar 2018, 00:41

Kişi boksçular arasında Azərbaycan çempionatı davam edir. Sportlife.az xəbər verir ki, 39 komandanın iştirakı ilə 200-dən artıq idmançının qatıldığı yarışın ikinci günündə 41 döyüş olub.

Belə ki, 69 kq çəki dərəcəsində 1/16, 56 kq, 60 kq, 81 kq və +91 kq çəki dərəcələrində 1/8 final mərhələsinin görüşləri keçirilib. Çempionatın ikinci günü də Azərbaycan millisinin üzvləri asan qələbə qazanıblar. Yığmamızın aparıcı boksçularından İslam Həmrəyliyi Oyunlarının mükafatçıları Tayfur Əliyevlə (56 kq) Rauf Rəhimov (81 kq), dünya çempionumuz Cavid Çələbiyev (60 kq) adlarını 1/4 finala yazdırıblar. Həmçinin gənclər komandasından böyüklərə yeni gələn Avropa birinciliyinin qalibi Məhəmməd Abdullayev (+91 kq) də rinqdən qalib kimi ayrılıb.

Çempionatın III günü 32 qarşılaşma təşkil olunacaq. Döyüşlərə saat 14:00-da start veriləcək.

Azərbaycan çempionatı
II günün nəticələri

56 kq
Tayfur Əliyev (MOİK) – Kamran Əlizadə (Sabirabad) – birinci tam üstünlüklə qələbə qazanıb
Elvin Adgözəlov (MOİK) – Sərxan Babayev (“Rabitə” İK) – 0:5

Pərviz Mustafayev (“Kür” İK) – Elnur Həsənov (Siyəzən) – ikinci tam üstünlüklə qələbə qazanıb
Məhəmməd Əlizadə (“Təhsil”) – Təbriz Şirvani (“Gilan” İK) – birinci döyüşə gəlməyib

Ramal Yusifzadə (“Qızıl Əlcək” İK) – Samir Muradov (Sumqayıt) – birinci tam üstünlüklə qələbə qazanıb
Turab Mayılov (“Neftçi” İK) – Camaləddin Əlizadə (“Orion” İK) – 5:0

Səfər Qulamov (“Gömrükçü” İK) – Fərid Şirəli (Gəncə) – birinci diskvalifikasiya olunub
Fuad Tarverdiyev (“Sədərək” İK) – Ümid Rüstəmov (“Rabitə” İK, DİN) – 0:5

60 kq
Ruslan Rüstəmov (“Rabitə” İK) – Elcan Qafarlı (“Gilan” İK) – 5:0
Əfsəddin Əlizadə (“Kür” İK) – Niyaməddin Allahverdiyev (“Neftçi” İK) – birinci döyüşü davam etdirməkdən imtina edib

Sərxan Əliyev (“Qəbələ” İK) – Polad Hüseynov (“Səbail” İK) – 5:0
Sərxan Qurbanzadə (“Neftçi” İK) – Sayad Lalayev (MOİK) – 0:5

İbrahim Cabirzadə (“Qızıl Əlcək”) – Vüsal Verdiyev (“Qəbələ” İK) – 4:1
Süleyman Süleymanlı (Masallı) – Arzuman Tağıyev (Naxçıvan) – 5:0

Həsən Qasımov (DİN) – Seymur İsayev (“Gilan” İK) – 0:5
Kənan Kazımov (“Lokomotiv” İK) – Cavid Çələbiyev (“Qəbələ” İK) – ikinci tam üstünlüklə qələbə qazanıb

69 kq
Roman Zakirov (“Qəbələ” İK) – Telman Süleymanov (Z-1 İK) – ikinci döyüşə gəlməyib
Orxan Xasməmmədov (DİN) – Aqşin Dadaşzadə (Masallı) – 5:0
Kamran Qəhrəmanlı (DİN) – Hikmət Allahverdiyev (Sumqayıt) – birinci tam üstünlüklə qələbə qazanıb
Ruslan Musayev (Lənkəran) – Şirxan Məmmədov (“Neftçi” İK) – birinci döyüşə gəlməyib
Xəzər Əliyev (“Kür” İK) – Emil Novruzov (“Qəbələ” İK) – ikinci diskvalifikasiya olunub
Elmar Mirzəyev (Qusar) – Ariz Abbasov (Mingəçevir) – birinci döyüşə gəlməyib
Sarvan Məmmədov (“Gömrükçü” İK) – Səməd Həsənzadə (Sabirabad) – 0:5
Əlyar İbrahimov (Gəncə) – Əli Nəbiyev (Naxçıvan) – 5:0
Kamran İbrahimov (“Rabitə” İK) – Zahir Məlikov (“Neftçi” İK) – 0:5
Tural Hüseynov (“Sərhədçi” İK) – Kamran Hüseynov (“Neftçi”) – ikinci döyüşü davam etdirməkdən imtina edib
Məhəmməd Əliyev (Naxçıvan) – Tural Musayev (Tovuz) – birinci döyüşə gəlməyib
Hikmət Qarayev (“Rabitə” İK) – Elnur Süleymanov (“Gilan” İK) – 0:5

81 kq
Loren Dominkos Alfonso (“Qəbələ” İK) – Elxan Əliyev (“Gilan” İK) – 5:0
Tural Şamiddinov (“Neftçi” İK) – Zaur Rəhimov (Gəncə) – 5:0
Xəqani Cəfərov (“Zenit” İC) – Röyal Məmmədli (“Sərhədçi” İK) – birinci tam üstünlüklə qələbə qazanıb
Hacı Dilbazov (“Qəbələ” İK) – Eldar Quliyev (“Gilan” İK) – birinci döyüşə gəlməyib
Surət Qarayev (“Gömrükçü” İK) – Əlirza Nəsibov (“Sədərək” İK) – birinci döyüşə gəlməyib
Fərid Bəylərov (“Kür” İK) – Cəbrayıl Ələkov (“Orion” İK) – ikinci tam üstünlüklə qələbə qazanıb
Rüfət Abdullayev (Sumqayıt) – Tural Həsənov (Z-1 İK) – ikinci tam üstünlüklə qələbə qazanıb
Aleksandr Brendin (“Rabitə” İK) – Rauf Rəhimov (“Qəbələ” İK) – 0:5

+91 kq
Asif Aslanlı (“Qəbələ” İK) – Ziya Budaqlı (“Təhsil”) – ikinci döyüşə gəlməyib
Məhəmməd Abdullayev (“Rabitə” İK) – Elvin İmanqulu (Z-1 İK) – ikinci döyüşü davam etdirməkdən imtina edib
Orxan Əliyev (Z-1 İK) – Məhəmmədəli Tahirzadə (“Qəbələ” İK) – 1:4
Rafiq Təhməzov (“Gömrükçü” İK) – Elşən Hüseynov (DİN) – 1:4
Kənan Xəlilov (“Neftçi” İK) – Sadıq Səmədov (“Ədliyyə” İK) – 0:5


Paylaş: