Bele qarsilasmalar her zaman tehlukeli olur, Cempionlar Liqasinda yolumuza duzgun basladiq...

Belə qarşılaşmalar hər zaman təhlükəli olur

  • 13 Sentyabr 2017, 12:23

"Hesab edirəm ki, əla nəticəyə nail olduq. Çempionlar Liqasında yolumuza düzgün başladıq. Yetirmələrimin ifasında yaxşı oyun gördüm. Uşaqlar qarşılaşmaya əla köklənmişdilər".

Sportlife.az xəbər verir ki, bu sözləri “Çelsi”nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”la keçirilən oyundan (6:0) sonra deyib. İtaliyalı mütəxəssis sözlərinə belə davam edib: 

"Futbolçularım ilk dəqiqələrdən son dəqiqəyə qədər məsuliyyət hissini azaltmadılar. Belə qarşılaşmalar hər zaman təhlükəli olur. Ona görə də ehtiyatlı olmaq vacib idi. Sevinirəm ki, futbolçularım əla çıxış etdilər".


Paylaş: