Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı

Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı

  • 17 Dekabr 2018, 15:22

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Sportlife.az xəbər verir ki, pley-offa vəsiqə qazanan komandalar, qrup qalibəri və qrup ikinciləri olmaqla, iki səbətə bölünüblər.

Eyni qrupdan çıxanlar və bir ölkəni təmsil edən komandalar 1/8 finalda bir-birinə rəqib ola bilməzdilər.

İsveçrənin Nyon şəhərində baş tutan püşkatmada 8 cüt aşağıdakı kimi formalaşıb.

1/8 final mərhələsinin ilk oyunları 12-13 və 19-20 fevralda, cavab qarşılaşmaları isə 5-6 və 12-13 martda keçiriləcək.

Qrup qalibləri: "Borussiya" (Dortmund, Almaniya), "Barselona" (İspaniya), PSJ (Fransa), "Portu" (Portuqaliya), "Bavariya" (Almaniya), "Mançester Siti" (İngiltərə), "Real" (İspaniya), "Yuventus" (İtaliya);

Qrup ikinciləri: "Atletiko" (İspaniya), "Tottenhem" (İngiltərə), "Liverpul" (İngiltərə), "Şalke" (Almaniya), "Ayaks" (Hollandiya), "Olimpik" (Lion, Fransa), "Roma" (İtaliya), "Mançester Yunayted" (İngiltərə).

UEFA Çempionlar Liqası
1/8 final

Şalke (Almaniya) - Mançester Siti (İngiltərə)
Atletiko (İspaniya) - Yuventus (İtaliya)
Mançester Yunayted (İngiltərə) - PSJ (Fransa)
Tottenhem (İngiltərə) - Borussiya (Dortmund, Almaniya)
Olimpik (Lion, Fransa) - Barselona (İspaniya)
Roma (İtaliya) - Portu (Portuqaliya)
Ayaks (Hollandiya) - Real (İspaniya)
Liverpul (İngiltərə) - Bavariya (Almaniya)


Paylaş: