CL-in finallari tarixinde ilk defe, chapions league yer baku sport idman real madrid juventus

ÇL-in finalları tarixində ilk dəfə

  • 27 May 2017, 12:00

 Çempionlar Liqasının bu ilki finalı əvvəlkilərdən fərqlənəcək. Sportlife.az xəbər verir ki, "Yuventus"la "Real" arasındakı görüş üstüqapalı stadionda keçiriləcək.

  Uels Futbol Federasiyası bu qərarı bir neçə gün öncə Mançesterdə baş verən terror hadisəsi səbəbindən qəbul edib. Yarana biləcək təhlükələrdən sığortalanmaq üçün yerli meriya Kardiffdəki “Millenium” stadionunun üstünü qapatmağı uyğun bilib.

 Final oyunundan əlavə bir gün əvvəl baş tutacaq komandaların məşqləri də qapalı vəziyyətdə keçiriləcək.


Paylaş: