Dani Kintana: Bunları nəzərə alsaq...

Dani Kintana: Bunları nəzərə alsaq...

  • 6 Dekabr 2017, 14:00

"Bərabərsəviyyəli oyun keçdi. Olduqca güclü rəqibə qarşı çıxış edirdik. Buna baxmayaraq, bizim də qol vurmaq üçün şanslarımız oldu. Təəsüf ki, bundan istifadə edə bilmədik. Hesab edirəm ki, “Roma” ilə başabaş mübarizə apara bildik”. Sportlife.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Dani Kintana söyləyib.

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu oyununda səfərdə “Roma”ya uduzan ağdamlıların ispaniyalı yarımmüdafiəçisi matçdan sonra qısa açıqlama verib.

O, ümumilikdə komandasının çıxışının qənaətbəxş olduğunu vurğulayıb: “Qrupumuz olduqca səviyyəli idi. Rəqiblər də çox əzəmətli idilər. Avropanın tanınan komandalarındandır. Bütün bunları nəzərə alsaq, bizim qazandığımız nəticə əladır”.

Qeyd edək ki, “Roma” – “Qarabağ” matçı meydan sahiblərinin minimalhesablı qalibiyyəti ilə başa çatıb. 


Paylaş: