Dieqo Simeone Qarabağdan nə istəyir?

Dieqo Simeone Qarabağdan nə istəyir?

  • 23 Noyabr 2017, 15:14

"Biz "Qarabağ"ın "Roma"dan xal alacağına inanmalıyıq"

Sportlife.az xəbər verir ki, bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone deyib. O, Ağdam təmsilçisinin səfərdə "Roma"ya qalib gələcəyinə o qədər də əmin olmadığını bildirib.

O, son turda "Çelsi"yə qalib gəlib, Romadakı oyundan xoş xəbər gözləyəcəklərini deyib: "Son turda "Çelsi"ni İngiltərədə məğlub etməli, sonra isə taleyimizin necə olacağını görməliyik. Gözləyək və baxaq".

qrupunda 5 turdan sonra "Çelsi" 10 xalla qrup lideridir və 1/8 finala vəsiqəni təmin edib. Qrupdan ikinci vəsiqə uğrunda 8 xala malik "Roma" ilə 6 xalı olan "Atletiko" mübarizə aparır.

2 xalı olan "Qarabağ" isə Avropa Liqasının 1/16 final mərhələsinə vəsiqə verən 3-cü pillədən də məhrum olub. "Atletiko" ikinci yeri tutmaq üçün sonuncu turda "Çelsi"yə səfərdə qalib gəlməli, "Roma" isə "Qarabağ"la görüşdə xal itirməlidi. 


Paylaş: