11 Sentyabr 2017, 17:40
263
Konte: Qarabag yaxsi komandadi, Celsinin bas mesqcisi Antonio Konte Qarabagla oyunoncesi metbuat konfransi kecirib

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda sabah "Qarabağ"la qarşılaşacaq "Çelsi"nin baş məşqçisi Antonio Konte "Qarabağ"la oyunöncəsi mətbuat konfransı keçirib.

Sportlife.az xəbər verir ki, İtaliyalı mütəxəssisin fikirləri ilə sizi tanış edir:

"Qarabağ" yaxşı komandadı. Bəzi futbolçularını çox yaxşı tanıyıram və milli komandadakı çıxışlarını görmüşəm. Onlar ÇL-in qrupunda ilk dəfə iştirak etsələr də, heyətləri çox yaxşıdı. İtaliya millisində çalışarkən Azərbaycan yığması ilə qarşılaşmışam. Orda çox yaxşı tanıdığım oyunçular var. Oyunumuz asan olmayacaq. Uduzma ehtimalını da nəzərə almalıyıq.

Start heyətini indidən açıqlaya bilmərəm. Çünki daha sonra dəyişikliklər baş verə bilər. Drinkuoterin əzələsində problem var. Azar oynamağa hazır vəziyyətdədi. Lakin belçikalı futbolçu ilə bağlı yersiz risk etmək istəmirik. Moratanın hazırlıq səviyyəsində irəliləyiş var. Sadəcə olaraq, ötən mövsüm az oyunda iştirak edib. Ona da istirahət vermək qərarına gəlmişik".

Qeyd edək ki, "Stemford Bric"də keçiriləcək "Çelsi" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.