Kopenhagende Qarabagin oyununa baxmaq neceye basa geler?

Kopenhagendə Qarabağın oyununa baxmaq neçəyə başa gələr?

  • 19 Avqust 2017, 12:00

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ"ın "Kopenhagen" üzərində 1:0 hesabı ilə qələbə qazanması komandamızın qrup mərhələsinə daha da yaxınlaşması deməkdi. 

Sportlife.az xəbər verir ki, bəzi turizm şirkətləri Kopenhagendəki səfər oyununa indidən tur paketlər hazırlayıblar. Təklif edilən tur paketdə azarkeşlərin qarşılanma və yola salınma, aviabilet və oyun biletləri də olmaqla hotel xərcləri də daxildir. Qiymətlər isə hotelin və stadionda yerin qiymətindən asılı olaraq dəyişir.

Hotel və aviabilet birlikdə 1700 manatdan, stadionda yerlərin qiyməti isə 26 manatdan başlayır. Kopenhagenə getmək üçün viza tələbi olduğundan oyuna getmək istəyən azarkeşlər bir neçə gün öncədən müraciət etməlidi. Oyun avqustun 23-də, Bakı vaxtı ilə saat 22:45 də başlayacaq.


Paylaş: