Meydanda Sadıqov kimi rəftar edəcəm - Maksim Medvedev

Meydanda Sadıqov kimi rəftar edəcəm - Maksim Medvedev

  • 5 Dekabr 2017, 09:25

 "Son oyunumuza gəlmişik. Rəqibi tanıyırıq, təzyiqsiz meydana çıxacağıq. Yaxşı oyun nümayiş etdirməyə çalışacağıq. “Roma” üçün hər şey bizimlə oyundan sonra bilinəcək". 

Sportlife.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının qrup mərhələsinin son turu çərçivəsində bu gün səfərdə "Roma"ya qarşı keçirəcəkləri oyundan öncə komandamızın müdafiəçisi Maksim Medvedev deyib:

- Sabahkı (artıq bugün) oyunda “Qarabağ”ın bir neçə müdafiəçisi oynaya bilməyəcək. Bu problemi necə yoluna qoyacaqsınız?

- “Qarabağ”ın 2 ən təcrübəli müdafiəçisi yoxdu. Amma onları əvəzləyə biləcək futbolçularımız var. “Roma” kimi rəqiblə hər dəfə oynamaq imkanımız olmur, amma həvəsli futbolçularımız var. Məhz bu həvəs sayəsində oynaya bilməyənlərin yerini sığortalaya bilərlər. 

- Uzun illərdi “Qarabağ”dasan, yetərincə beynəlxalq təcrübən var. Karyeranı ölkə xaricində davam etdirmək istəyirsənmi? Ümumiyyətlə, hansısa təklif almısanmı?

- 5 ilə yaxındı Avropa səviyysəində çıxış edirik. İldən-ilə təcrübəmiz artır. Böyük klublara qarşı başabaş mübarizə aparırıqsa, digər futbolçular da Avropada çıxış edə bilər. Oyunlarmızı skautlar izləyir. Təkliflərin gəlməyi normal haldı. 

- Karyeranboyu “Qarabağ”da çıxış etmisən, Rəşad Sadıqovun yoxluğunda meydana kapitan kimi sən çıxacaqsan. Onun yoxluğunu necə ifadə edə bilərsən?

- Onun yoxluğu böyük yoxluqdu. Rəşadın varlığı bizim üçün motivasiya olur. Sabah çalıaşcam ki, Sadıqov kimi rəftar edib, komanda yoldaşlarıma dəstək olum, mübarizə aparaq.


Paylaş: