Onun oyun üslubuna bələd deyildik - Di Françesko

Onun oyun üslubuna bələd deyildik - Di Françesko

  • 8 Dekabr 2017, 18:00

"Rəqibin bacarığı çox önəmlidi. Uşaqlar nə ilə qarşılaşacaqlarını yaxşı bilməlidilər”. Sportlofe.az saytının məlumatına görə, bu sözləri “Roma”nın çalışdırıcısı Eysebio Di Françesko söyləyib.

Çempionlar Liqasının son turunda “Qarabağ” üzərində 1:0 hesablı qələbə qazanan İtaliya təmsilçisi C qrupunu zirvədə tamamlayaraq, adını 1/8 final mərhələsinə yazdırıb. Klubun rəsmi saytı vasitəsilə azarkeşlərin suallarını cavablandıran Di Françesko “Qarabağ”la qarşılaşma ilə bağlı bir məqama toxunub.

O, Azərbaycan çempionunun heyətində Əfran İsmayılovun meydana çıxmasını özləri üçün sürpriz hesab edib: “Qarabağ”la Romadakı qarşılaşmada rəqibin start heyətində dəyişiklik edilmişdi. Sürpriz şəkildə Əfran İsmayılov start heyətində yer almışdı ki, onun oyun üslubuna bələd deyildik. Videotəhlilçimiz Simone Bekkassioli həmin cinahda çıxış edən müdafiəçimiz Aleksandr Kolarova həmin oyunçu barədə məlumat verdi. Yəni Kolarova üz-üzə gələcəyi rəqibin hansı bacarıqda olduğunu izah etdi. Futbolçular qarşılarına kimin çıxdığını bilməlidilər. Ancaq istənilən halda, oyun sistemimiz dəyişməz. Bizim nə etdiyimiz daha vacibdi, düşüncəmizi heç nə dəyişməməlidi. Sadəcə, fikir mübadiləsi aparırsan. Biz də Kolarova “Əfranı izləmək istəyirsən” sualını verdikdə o, təkcə “bəli” demədi, rəqibi bizim göstərdiyimizdən daha çox araşdırıb, izlədi”.                                              

Qeyd edək ki, Əfran İsmayılov Roma Olimpiya Stadionunda baş tutan görüşdə 76 dəqiqə meydanda olub.


Paylaş: