Pedro Enrike Çelsiye meglubiyyet haqda: Reqibin boyukluyunu ve oyun keyfiyyetini unutmamaliyiq

Pedro Enrike Çelsiyə məğlubiyyət haqda: Rəqibin böyüklüyünü və oyun keyfiyyətini unutmamalıyıq

  • 14 Sentyabr 2017, 18:00

“Qarabağ”ın yeni transferi Pedro Enrike UEFA Çempionlar Liqasının ilk turunda "Çelsi"yə 0:6 hesabıyla uduzduqları səfər matçından danışıb. 

Sportlife.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi “İnstaqram”dakı şəxsi hesabından bunları paylaşıb: 

“Uğursuz nəticəyə baxmayaraq, bu şounun bir hissəsi olmaq möhtəşəmdi. Əlbəttə ki, daha yaxşısını edə bilərik. Biz bir komandayıq, biz “Qarabağ”ıq. Amma rəqibin böyüklüyünü və oyun keyfiyyətini unutmamalıyıq”. 

Xatırladaq ki, PAOK-dan 1 illiyə icarəyə götürülən Pedronun "Qarabağ"da debütü məhz "Stemford Bric"dəki qarşılaşmada baş tutub.


Paylaş: