11 Sentyabr 2017, 19:56
109
Qarabag Celsi ucun hazirliqlari tamamladi, Qarabagin U-19 komandasi seferde Celsinin qonagi olacaq

Sabah “Qarabağ”ın U-19 komandası səfərdə “Çelsi”nin qonağı olacaq.

Sportlife.az xəbər verir ki, UEFA Gənclər Liqasında ilk oyununa çıxacaq komandamız bu gün Bakı vaxtıyla saat 14:30-da qarşılaşmanın keçiriləcəyi “Cobham” stadionunda oyunöncəsi son məşqinə çıxıb. Hazırlıq 90 dəqiqəyə yaxın davam edib.

Qeyd edək ki, sözügedən matç sabah Bakı vaxtıyla saat 16:05-də start götürəcək.