Qarabağdan yeganə tələbimiz!

"Qarabağ"dan yeganə tələbimiz!

  • 22 Noyabr 2017, 14:28

Futbolu az da olsa, dərk edirəmsə, bu axşam "Qarabağ"dan yalnız bir şey tələb edə bilərəm: yalnız və yalnız baxımlı, gözəl oynamağa çalışmaq.

Niyə oynamağa çalışmaq? Çünki bu da alınmaya bilər. "Çelsi" rəqibi istənilən mövqedə səhv buraxmağa məcbur edəcək. İlk görüşdəki kimi, bu gün də uşaq səhvləri ola bilər.

İki komanda arasındakı fərq ingilislərin Bakıya uçuş məsafəsindən də çoxdu. Reallığı qəbul etmək borcumuzdu. Təkcə Azar və ya Fabreqasın qiyməti 10-15 "Qarabağ" kimi klubun illik büdcəsidir.

Sadəcə, xəyallarımızın gerçəkləşməsindən zövq almağa çalışmalıyıq. "Solo konsert" yox, ümumən gözəl tamaşa görəcəyimə ümid edirəm.

İngilislər stadiona yalnız futbola baxmaq üçün getmirlər. Həm də gözəl tamaşaya seyr etmək üçün yollanırlar, istirahət edirlər, zövq alırlar, dincəlirlər. Bu gün bu, düşündüyümüz formada çox çətin görünür, amma saatyarımlıq zaman kəsiyində ən azından bir neçə dəqiqəlik olsa da, oyundan zövq alacağımıza gümanım var.

ELVİN


Paylaş: