Qarabağın oyununu xorvatiyalı hakimlər edəcək

Qarabağın oyununu xorvatiyalı hakimlər edəcək

  • 4 Dekabr 2017, 16:15

 UEFA Gənclər Liqasının qrup mərhələsində "Qarabağ"ın U-19 komandasının "Roma" ilə keçirəcəyi oyunun hakimləri ictimaiyyətə açıqlanıb. Sportlife.az xəbər verir ki, oyunu Xorvatiyadan olan ədalət təmsilçiləri idarə edəcək.

Matçın baş hakimi Tihomir Pejin olacaq. Ona Qoran Pataki ilə Maryan Tomas kömək edəcək. Ehtiyat hakim isə italiyalı Daniele Martinelli olacaq.

Polşalı Marçin Stefanski oyunun UEFA nümayəndəsi olacaqsa, italiyan Domeniko Messina hakim-inspektor kimi fəaliyyət göstərəcək.

Sabah keçiriləcək “Roma” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.


Paylaş: