Qarabağla oyundan sonra gözlərimə yuxu getmədi

Qarabağla oyundan sonra gözlərimə yuxu getmədi

  • 28 Noyabr 2017, 15:52

Madrid “Atletiko”sunun futbolçusu Felipe Luis maraqlı açıqlaması ilə diqqət çəkib.

Sportlife.az xəbər verir ki, o, İspaniya mətbuatına verdiyi müsahibəsində Çempionlar Liqasındakı uğursuz çıxışları haqda danışıb:

“ÇL-ə yaxşı başlamışdıq. “Roma” ilə səfərdə qazandığımız 1 xalı pis nəticə saymaq olmazdı. Amma sonradan vəziyyət dəyişdi.

 “Qarabağ”la oyunları xatırlayanda çox pis oluram. İkinci oyun ümumiyyətlə danışılası deyil. Həmin oyundan sonra gözlərimə yuxu getmədi. Vəziyyətimiz çox mürəkkəbdir. “Atletiko” qrupdan çıxmalıdı”.


Paylaş: