Qarabağla oyunun izim üçün Yuventusla, Milanla matçlardan fərqi yoxdu - DE ROSSİ

Qarabağla oyunun izim üçün Yuventusla, Milanla matçlardan fərqi yoxdu - DE ROSSİ

  • 4 Dekabr 2017, 09:55

“Qarabağ”la oyuna bütün vacib matçlara olduğu kimi hazırlaşırıq. Bizim üçün bir derbidən, “Yuventus”la, “Milan”la matçlardan fərqi yoxdu”. Sportlife.az saytının məlumatına görə, bu sözləri “Roma”nın yarımmüdafiəçisi Daniele De Rossi səsləndirib.

Çempionlar Liqasının qrup mərhələsinin son turunda doğma meydanda Azərbaycan çempionu ilə görüşəcək "romalılar"ın kapitanı oyundan öncə təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Taktiki cəhətdən yaxşı oynamalıyıq. Daim hücum etməli və qol axtarışında olmalıyıq. Bu mövsüm bütün matçlara belə yanaşmışıq və bu, bizdə özünəinam hissi yaradıb. Hər zaman beləyik və bizim ən güclü tərəfimiz də məhz bu yanaşmamızdır. Çempionlar Liqasında bir neçə dəfə qrupdan çıxmaq şanslarımız olub, ancaq heç bu qədər çətinlik çəkməmişdik. “Atletiko” və “Çelsi” kimi rəqiblərlə mübarizədə bunu bacarsaq, böyük iş görmüş olacağıq. Ancaq əvvəlcə gərək “Qarabağ”a qalib gələk. O halda bu gecə mənim yadımda ən xoşbəxt gün kimi qalacaq”.

Qeyd edək ki, “Roma” – “Qarabağ” oyunu bu gün saat 23:45-də start götürəcək.


Paylaş: