Qarabağla oyunun Yuventusla, Milanla matçlardan fərqi yoxdu - De Rossi

Qarabağla oyunun Yuventusla, Milanla matçlardan fərqi yoxdu - De Rossi

  • 5 Dekabr 2017, 09:55

“Qarabağ”la oyuna bütün vacib matçlara olduğu kimi hazırlaşırıq. Bizim üçün bir derbidən, “Yuventus”la, “Milan”la matçlardan fərqi yoxdu".

Sportlife.az saytının məlumatına görə, bu ifadələri “Roma”nın yarımmüdafiəçisi Daniele De Rossi Çempionlar Liqasının qrup mərhələsinin son turu çərçivəsində evdə "Qarabağa" qarşı keçirəcəkləri oyundan mətbuat konfransında dilə gətirib:

“Taktiki cəhətdən yaxşı oynamalıyıq. Daim hücum etməli və qol axtarışında olmalıyıq. Bu mövsüm bütün matçlara belə yanaşmışıq və bu, bizdə özünəinam hissi yaradıb. Hər zaman beləyik və bizim ən güclü tərəfimiz də məhz bu yanaşmamızdır. Çempionlar Liqasında bir neçə dəfə qrupdan çıxmaq şanslarımız olub, ancaq heç bu qədər çətinlik çəkməmişdik. “Atletiko” və “Çelsi” kimi rəqiblərlə mübarizədə bunu bacarsaq, böyük iş görmüş olacağıq. Ancaq əvvəlcə gərək “Qarabağ”a qalib gələk. O halda bu gecə mənim yadımda ən xoşbəxt gün kimi qalacaq”.

Qeyd edək ki, “Roma” – “Qarabağ” oyunu bu gün saat 23:45-də start götürəcək.


Paylaş: