Qurban Qurbanov bu saatda mətbuat konfransı keçirəcək

Qurban Qurbanov bu saatda mətbuat konfransı keçirəcək

  • 4 Dekabr 2017, 15:15

Çempionlar Liqasının qrup mərhələsinin son - VI turunun oyunları çərçivəsində keçiriləcək "Roma" - "Qarabağ" görüşündən öncə baş tutacaq mətbuat konfranslarının vaxtı bəllidir. Sportlife.az xəbər verir ki, bu gün Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov Bakı vaxtı ilə saat 21:30-da "Stadio Olimpiko"da media nümayəndələrinin suallarını cavablandıracaq.

Təmsilçimizin son məşqi isə saat 22:00-da baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.


Paylaş: