Gurban Gurbanov: Her iki komanda ucun bu qarsilasma boyuk fursetdir, cunki merhele kececek komanda en azindan Avropa Ligasinin grup merhelesine vesigeni...

Qurban Qurbanov: Hər iki komanda üçün bu qarşılaşma böyük fürsətdir

  • 31 İyul 2017, 22:38

Bildiyiniz kimi Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” sabah III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Moldovada “Şerif”lə qarşılaşacaq. Sportlife.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün isə oyun öncəsi mətbuat konfransı keçirilib.

Jurnalistlərin qarşısına çıxan baş məşqçi Qurban Qurbanov görüşlə bağlı fikirlərini bildirib. Qurbanov sabahkı qarşılaşmanı ən azı Avroliqanın qrup mərhələsinə vəsiqəni təmin etmək üçün böyük fürsət olduğunu deyib:

“Sabahkı oyunda şansları bərabər sayıram. Hər iki komanda üçün bu qarşılaşma böyük fürsətdir, çünki mərhələ keçəcək komanda ən azından Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edir. Ona görə də, sabah bizi çətin və maraqlı mübarizə gözləyir. Rəqibimiz olduqca təhlükəlidir, bir neçə oyun üslublarından istifadə edir. “Şerif”i olduqca yüksək qiymətləndirirəm.

Penaltilər seriyasına xüsusi hazırlaşmamışıq. Düzdür, penaltilər futbolun bir hissəsidir və bu oyun da penaltilər seriyasına qədər uzana bilər. Ancaq əsasən futbolçuları psixoloji cəhətdən ilk dəqiqələrdən oyuna köklənməyə çalışmışıq”. 


Paylaş: