Qurban Qurbanova qarşı belə tərbiyəsizlik edildi

Qurban Qurbanova qarşı belə tərbiyəsizlik edildi

  • 8 Dekabr 2017, 03:00

Çempionlar Liqasıdakı “Roma” ilə səfər oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı zamanı üzləşdiyi məqamın videosu yayılıb.

Sportlife.az xəbər verir ki, təcrübəli mütəxəssis mətbuat konfransında verilən sualı cavablandırarkən “Sky sport”un əməkdaşı canlı yayıma qoşularaq uca səslə danışmağa başlayıb. Bu vaxt Qurbanov jurnalistə əllə işarə edib. UEFA nümayəndəsi isə vəziyyətə seyrçi qalıb və gülməklə kifayətlənib. “Roma”nın baş məşqçisi Eusebio Di Françesko isə bununla bağlı suala cavab vermək istəməyib.

 


Paylaş: