Seltikin bas mesqcisinden Qarabaga destek: Onlari kim gunahlandira biler?

Seltikin baş məşqçisindən Qarabağa dəstək: Onları kim günahlandıra bilər?

  • 16 Sentyabr 2017, 13:00

 Çempionlar Liqasının qrup mərhələsində PSJ-yə 0:5 hesablı məğlub olan “Seltik”in baş məşqçisi Brendan Rocers böyükhesablı məğlubiyyəti klublar arasındakı büdcə fərqi ilə əlaqələndirib. Sportlife.az xəbər verir ki, o, buna misal olaraq, "Çelsi"yə 0:6 uduzan "Qarabağ"ı da misal göstərib:

“Belə klublarla oyun keçirmək asan iş deyil. PSJ-də ən ucuz futbolçunun qiyməti 40 milyon avrodu. Azərbaycanı təmsil edən “Qarabağ” “Çelsi”yə 0:6 hesabı ilə uduzdu. Buna görə onları kim günahlandıra bilər? Fərq ortadadı. Bu cür komandalarda 1-2 üst səviyyəli futbolçu olur və digərləri də onların üzərindən oynayır. Ancaq bu da hər zaman yaxşı alınmır”.


Paylaş: