Sherifin bas mesgcisi Karabakhla oyun oncesi ehtiyatli danisdi, Regibimiz cox texnikali, mövgeler uzre yaxsi...

Şerifin baş məşqçisi Qarabağla oyun öncəsi ehtiyatlı danışdı

  • 31 İyul 2017, 23:09

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi "Şerif"in baş məşqçisi Roberto Bordin sabah III təsnifat mərhələsi çərçivəsində keçiriləcək cavab qarşılaşması öncəsi görüşlə bağlı fikirlərini bildirib.

Sportlife.az xəbər verir ki, Bordin "Qarabağ"ın güclü rəqib olduğunu və onları çox çətin 90 dəqiqənin gözlədiyini deyib: "Qarabağ" güclü, hərəkətli, topa sahib olan və meydanda üstünlük qurmağı bacaran komandadı. Rəqibimiz çox texnikalı, mövqelər üzrə yaxşı yayılan və hücum quran komandadır".

Təcrübəli mütəxəssis ilk oyundakı heç-heçənin onlar üçün üstünlük olduğunu dilə gətirib: "İlk oyundakı 0:0 pis nəticə deyil. Sabahkı qarşılaşmada isə bizim xeyrimizə olan əsas amil doğma azarkeşlərimiz önündə çıxış etməyimiz olacaq".

Xatırladaq ki, Moldovada keçiriləcək sabahkı qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:00-da çalınacaq.

(apasport.az)


Paylaş: