Abu-Dabiyə 11 cüdoçu ilə

Abu-Dabiyə 11 cüdoçu ilə

  • 25 Oktyabr 2017, 09:00

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə “Böyük Dəbilqə” turnirində iştirak edəcək cüdo üzrə Azərbayacan millisinin heyəti açıqlanıb.

Sportlife.az xəbər verir ki, yığma oktyabrın 27-də start götürəcək yarışda 11 cüdoçu ilə təmsil olunacaq. 3 gün davam edəcək turnirin görüşləri “CBC Sport” telekanalı vasitəsilə yayımlanacaq.


Baş məşqçi Fərhad Məmmədovun rəhbərlik edəcəyi heyətdə Vüqar Şirinli (60 kq), Nicat Şıxəlizadə, İlkin Babazadə (hər iksi 66 kq), Rüstəm Orucov (73 kq), Naim Hüseynov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elxan Məmmədov (100 kq), Uşanqi Kokauri (+100 kq), Aişə Qurbanlı (48 kq), Nəzakət Əzizova (57 kq) və İrina Kindzerskaya (+78 kq) yer alacaq.


Paylaş: