Beynəlxalq turnirdə ilk günün qalibləri məlum oldu

Beynəlxalq turnirdə ilk günün qalibləri məlum oldu

  • 16 Dekabr 2017, 20:28

Şəmkir Olimpiya İdman Kompleksində keçirilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilən beynəlxalq cüdo turnirində ilk günün qalibləri məlum olub. Sportlife.az xəbər verir ki, qaliblərə Azərbaycan Cüdo Federasiyası, Şəmkir şəhər Gənclər və İdman Baş İdarəsinin diplomları, medallar təqdim olunub.

Qeyd edək ki, turnirdə Bakı, Ağcabədi, Ağdam, Bərdə, Qəbələ, Göygöl, İsmayıllı, Mingəçevir, Naftalan, Salyan, Samux, Sumqayıt, Tovuz, Zaqatala, Şəmkir ilə yanaşı Gürcüstanın Tbilisi, Kutaisi şəhərlərinin və Türkiyə, Latviyanın yeniyetmə cüdoçuları mübarizə aparırlar.

32 komandadan 347 cüdoçunun qatıldığı çempionata sabah yekun vurulacaq.


Paylaş: