Cüdoçularımız Serbiyada 3 bürünc medal qazandılar

  • 24 Sentyabr 2017, 09:30

Serbiyanın paytaxtı Belqrad şəhərində cüdo üzrə Avropa açıq çempionatına start verilib. Sportlife.az xəbər verir ki, yarışın birinci günü Azərbaycan milli komandası aktivinə 3 medal yazdırıb.


Beynəlxalq turnirdə ölkəmizi təmsil edən Elbrus Zamanov (60 kq), Telman Vəliyev (73 kq) və Gültac Məmmədəliyeva (48 kq) bürünc medallara sahib olublar.


30 ölkədən 240 cüdoçunun (157 oğlan, 83 qız) mübarizə apardığı turnirdə Azərbaycan milli komandası 17 cüdoçu (13 oğlan, 4 qız) ilə təmsil olunur.


Paylaş: