Cüdoçumuz Parisdə bürünc medal qazandı

Cüdoçumuz Parisdə bürünc medal qazandı

  • 11 Fevral 2018, 22:03

Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük Dəbilqə" yarışı keçirilib. Sportlife.az xəbər verir ki, beynəlxalq turnirdə 71 ölkədən 399 cüdoçu mübarizə aparıb.

Milli komandamız mötəbər çempionatda bir bürünc medal qazanıb. +78 kq çəki dərəcəsində yarışan qadın cüdoçumuz İrina Kindzerska Paris turnirində 3-cü yeri tutub. ABŞ, Belarus və Fransa idmançılarına qalib gələn Azərbaycan cüdoçusu yalnız Yaponiya təmsilçisinə uduzaraq ölkəmizə bürünc medal qazandırıb.


Paylaş: