Elnur Məmmədlinin ŞOK ETİRAFI: Uduzmağım üçün mənə 200 min təklif etdilər

Elnur Məmmədlinin ŞOK ETİRAFI: Uduzmağım üçün mənə 200 min təklif etdilər

  • 2 Fevral 2018, 19:56

Azərbaycanın cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli qonağı olduğu "İmza" verilişində şok açıqlama verib.

Sportlife.az xəbər verir ki, idmançı 2007-ci il dünya çempionatı zamanı uduzması üçün ona pul təklif olunduğunu bildirib.

Məmmədli idmançının türk olduğunu və təklifi qəbul etmədiyini bildirib: “Məbləği kifayət qədər yüksək idi. Hardasa 150-200 min. Həmin vaxt mən adi Elnur Məmmədli idim və mənim üçün 200 min az pul deyildi. Mən ona rədd cavabı verdim. Çünki mənim üçün əsas məsələ Azərbaycanın bayrağı, himni idi. İndi o bizim dostumuzdur. Özü ilə imkan düşdükcə görüşürük”.


Paylaş: