İsmayıllıda region birinciliyinə yekun vuruldu

  • 12 Oktyabr 2017, 09:29

İsmayıllıda Azərbaycan Cüdo Federasiyasının (ACF) dəstəyi ilə keçirilən region birinciliyinə yekun vurulub.

Sportlife.az xəbər verir ki, Şimal bölgəsindən olan yeniyetmə cüdoçular iki yaş qrupu üzrə medallar uğrunda yarışıblar.


2001-2003-cü il təvəllüdlü yeniyetmələrin birinciliyində İsmayıllı cüdoçuları daha yaxşı nəticə göstərərək ümumi komanda hesabında 1-ci yeri tutublar. Qaliblərə ACF-nin diplomları, medallar və hədiyyələr verilib.

Şimal regionu üzrə birincilikdə Oğuz, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan və Şamaxı cüdoçuları mübarizə aparıblar. Yeniyetmə cüdoçuların zona yarışları Qubada davam etdiriləcək.


Paylaş: