Milli komandamiza ilk medali cudocumuz qazandirdi, tələbələrin Universiadasında Azərbaycan milli komandası

Milli komandamıza ilk medalı cüdoçumuz qazandırdı

  • 20 Avqust 2017, 15:00

Azərbaycan milli komandası Taypey şəhərində keçirilən tələbələrin Universiadasında ilk medalını qazanıb.

Sportlife.az xəbər verir ki, oyunların ilk günündə 100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən cüdoçumuz Zelim Kotsoyev universiadanın qızıl medalını qazanıb. Cüdoçumuz Almaniya, Latviya, Bosniya-Herseqovina, Rusiya və Yaponiya idmançılarını məğlubiyyətə uğradıb.

Cüdoçumuzun şərəfinə Taypeydə dövlət himnimiz səsləndirilib və üç rəngli bayrağımız qaldırılıb.


Paylaş: