Şəmkirdə cüdo üzrə beynəlxalq turnir keçirilir

Şəmkirdə cüdo üzrə beynəlxalq turnir keçirilir

  • 16 Dekabr 2017, 17:25

Şəmkir Olimpiya İdman Kompleksində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilən beynəlxalq cüdo turniri start götürüb. Sportlife.az xəbər verir ki, yarış Azərbaycan Cüdo Federasiyası, Şəmkir şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilir.

Turnirdə Bakı, Ağcabədi, Ağdam, Bərdə, Qəbələ, Göygöl, İsmayıllı, Mingəçevir, Naftalan, Salyan, Samux, Sumqayıt, Tovuz, Zaqatala, Şəmkir ilə yanaşı Gürcüstanın Tbilisi, Kutaisi şəhərlərinin və Türkiyə, Latviyanın yeniyetmə cüdoçuları mübarizə aparırlar. 32 komandadan 347 cüdoçunun qatıldığı çempionat 2 gün davam edəcək.


Paylaş: