Şəmkirdə keçirilən beynəlxalq turnirin son qalibləri

Şəmkirdə keçirilən beynəlxalq turnirin son qalibləri

  • 17 Dekabr 2017, 23:42

Şəmkirdə Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr edilmiş kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə beynəlxalq turnirə yekun vurulub. Sportlife.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası, Şəmkir şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda Aydın Rzayev (46 kq), Bəhram Qurbanlı (50 kq), Kərəm Babazadə (55 kq), Sərxan Əhmədov (60 kq), Ərəstun Həsənov (66 kq) və Arçil Mamulaşvlli (+66 kq) qızıl medal qazanıblar.

32 komandadan 347 cüdoçunun qatıldığı çempionatda ümumi medal sayında UGİM 1 komandası birinci, Zirvə ikinci, Atilla klubu isə üçüncü olub.

Xatırladaq ki, iki gün davam edən beynəlxalq turnirdə Bakı, Ağcabədi, Ağdam, Bərdə, Qəbələ, Göygöl, İsmayıllı, Mingəçevir, Naftalan, Salyan, Samux, Sumqayıt, Tovuz, Zaqatala, Şəmkir ilə yanaşı Gürcüstanın Tbilisi, Kutaisi şəhərləri və Türkiyə, Latviyanın yeniyetmə cüdoçuları da mübarizə aparıblar.


Paylaş: